Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası başlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Rusiya Elimlər Akademiyasının Fizika İnstitutunun baş elmi işçisiSergey Boçarnikov Günəşdəki fəallığın artması nəticəsində yaranan geomaqnit qasırğasının beş dərəcəli cədvələ görə üçüncü dərəcəyə aid olduğunu diqqətə çatdırıb: “Beşinci dərəcəli geomaqnit qasırğalar nadir hallarda, yəni 10-20 ildən bir baş verir”.

Hazırda qasırğanın maksimum mərhələsində olduğunu qeyd edən ekspert meteohəssas şəxslərə ehtiyatlı olmağı da tövsiyə edib.

Bu gün Bakı vaxtı ilə, təxminən, saat 7-də başlayan qasırğanın gecə saatlarında başa çatacağı ehtimal olunur.