Bu gün Bakıda bədii gimnastika üzrə XXXV Avropa çempionatı start götürəcək.

Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, 4 gün davam edəcək yarışda 35 ölkənin idmançıları mübarizə aparacaqlar. Çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Yarışda böyüklər fərdi hərəkətlərdə, yeniyetmələr isə qrup hərəkətlərdə çıxış edəcək. 

Milli Gimnastika Arenasında keçiriləcək turnirin ilk gününə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandalarının çıxışları olacaq. Mayın 17-də yalnız böyük gimnastlar xalça üzərində güclərini sınayacaqlar. Çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və yeniyetmələrdən ibarət komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları müəyyənləşəcək. Turnirin son günündə isə ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.

Bakıda 4-cü dəfə keçiriləcək Avropa çempionatında Azərbaycanıfərdi yarışlarda Zöhrə Ağamirova ilə Veronika Hudis, yeniyetmələrin komanda mübarizəsində Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə və Milana Əkbərovadan ibarət qrup təmsil edəcək.

Yarışın cədvəli

16 may, cümə axşamı

17:00 – 17:30. Açılış mərasimi

17:30 – 18:50. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 halqa)

17 may, cümə

12:00 – 13:50. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (halqa və top)

13:50 – 14:30. Fasilə

14:30 – 16:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (halqa və top)

16:00 – 16:10. Fasilə

16:10 – 18:00. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (halqa və top)

18 may, şənbə

10:00 – 11:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup B (gürzlər və lent)

11:30 – 11:40. Fasilə

11:40 – 13:30. Böyüklər: fərdi proqram / təsnifat / Qrup C (gürzlər və lent)

13:30 – 14:30. Fasilə

14:30 – 16:20. Böyüklər: fərdi proqram / təsnifat / Qrup A (gürzlər və lent)

16:20 – 16:40. Fasilə

16:40 – 18:00. Gənclər: qrup hərəkətləri proqramı / çoxnövçülük (5 lent)

18:10 – 18:25. Mükafatlandırma mərasimi (komanda hesabı)

18:25 – 18:40. Mükafatlandırma mərasimi (gənclər / qrup hərəkətləri proqramında çoxnövçülük)

19 may, bazar

12:00 – 12:40. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 halqa

12:45 – 13:25. Gənclər: qrup hərəkətləri proqramı / FİNAL / 5 lent

13:30 – 13:45. Mükafatlandırma mərasimi

13:45 – 14:30. Fasilə

14:30 – 15:50. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (halqa və top)

15:50 – 16:00. Fasilə

16:00 – 17:05. Böyüklər: fərdi proqram / ayrı-ayrı alətlər üzrə FİNALLAR (gürzlər və lent)

17:10 – 17:30. Mükafatlandırma mərasimi

17:30 – 17:40. “SmartScoring Shooting Star” mükafatı

17:40 – 18:10. Qala-konsert, bağlanış mərasimi