Yer fındığının faydaları saymaqla bitmir. Araxis şokoladların, yağların hazırlanması üçün əla qida vasitəsi hesab edilir. Araxisin tərkibində zülallar, yağlar, karbohidratlar, su və kalori var.

Astarainfo.az medicina.az-a istinadən sözügedən çərəzin faydaları barədə geniş məlumatı təqdim edir.

Yer fındığı alarkən onun ətrinə diqqət yetirmək lazımdır. Onu nəmişlik olan yerdə saxladıqda, üstündə göbələk mikrobları, kif əmələ gəlir. Bu da bağırsaq xəstəliklərinə səbəb ola bilir.

Araxisin faydalı xüsusiyyətləri

Araxisin tərkibində A, D, E, B1, B2, PP vitaminləri, biotin, süzülməmiş linolen yağı, fol turşusu, bitki yağları, çoxlu mikroelementlər var. Onun tərkibinin 35%-ni zülallar, 50%-dən çoxunu isə yağlar təşkil edir. Yer fındığı xolesterinlə zəngin qida hesab edilir. Yer fındığının tərkibində olan züllallar amin turşuları ilə zəngindir. Bu amin turşuları orqanizm üçün çox faydalıdır. Yer fındığı qastritlər və mədə-bağırsağın yarası zamanı xəstəliyin əlamətlərini azaldır.

Onun az miqdar ödqovucu xüsusiyyətinin olması həzmin normallaşmasına, yaddaşın və diqqətin yaxşılaşmasına səbəb olur. Yer fındığı cinsi həvəsi artırır, əsəb sistemini sakitləşdirir, ürəyin, qaraciyərin və digər daxili orqanların işini sürətləndirir. Tərkibində olan fol turşusu yeni hüceyrələrin əmələ gəlməsini sürətləndirir.

Amerika alimləri araxisin antioksidant təsirə malik olmasını tədqiqləyiblər. Qovrulmuş yer fındığının tərkibində 25%-dən çox polifenol birləşmələri var. Bu miqdar təzə yer fındığının tərkibində olandan daha çoxdur. Yer fındığı fiziki gücü və cinsi həvəsi artırır, əsəbi gərginlik zamanı orqanizmi sakitləşdirir, yuxusuzluğun və halsızlığın aradan qalxmasına səbəb olur. Onun yağından irinli və sağalmayan yaraların müalicəsində istifadə edilir.

Yer fındığının zərərli xüsusiyyətləri

Qovrulmamış yer fındığı həzmin ləngiməsinə səbəb ola bilir. Onun tərkibindəki allergenlər allergiya reaksiyalarının əmələ gəlməsinə səbəb ola bilir. Podaqra, artrit və artroz zamanı yer fındığı yemək məsləhət görülmür. Həddindən çox yer fındığı yemək artıq çəkiyə və piylənməyə səbəb ola bilir. Düzgün saxlanılmamış yer fındığının üstündə əmələ gələn göbələk və kif bakteriyaları bağırsaq xəstəliklərinin meydana gəlməsinə səbəb olur.

Həftədə ən azı bir ovuc yesəniz…

Ürək damar sisteminin fəaliyyətini bərpa edir. Ona görə həftədə 4  dəfə bir ovuc yerfındığı yeyin ki, ürəyinizi qoruyun!