Artıq elmi araşdırmalar sübut edib ki, günəş şüaları bütün canlılar üçün həyat mənbəyidir. Tərkibində olan D vitamini bədəndəki kalsium tarazlığını qoruyur,  sümüklərin bərkiməsində köməkçi olur və eyni zamanda xoşbəxtlik hormonu ifrazını artırır. Gün ərzində 15 dəqiqə üz, boyun, qol və ayaqlarınızı günəş ışığına tutaraq bədən üçün lazım olan D vitamini ehtiyacını qarşılaya bilərsiniz.

Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, günəş şüasının bir çox faydaları olduğu kimi çəki atmağa da köməkçi olduğu sübut olunub.

D vitamini əvvəllər yalnız sümük sağlamlığına təsiri ilə tanınan bir vitamin idi. Amma zaman keçdikcə D vitaminin müxtəlif xəstəliklərin müalicəsində istifadə olunduğu sübut olundu. Əsasən Sardina kimi yağlı balıqların və yumurtanın sarısında olan D vitamini bədənimizin 10-20 faizini qarşılayır. Günəş şüaları isə dəriylə birbaşa təmasa girərək 80-90 faizini  qarşılaya bilir.

Əgər həddindən artıq çəkiniz varsa, bu, bədəninizdə D vitamini çatışmazlığının olduğu siqnalını verir. Belə olduğu halda hazır pəhriz yeməkləri istifadə etməkdən daha çox həkimə müraciət etməyiniz və ya D vitamini əksikliyini tamamlamağınız məsləhət görülür.

Mütəxəssislər gün ərzində 15 dəqiqə müddətində günəş şüası qəbul etməyi məsləhət görürlər. Bunun üçün ən uyğun saat aralığı isə 10:00-15:00 olduğu qeyd olunub.  Həddindər artıq tərləmə, halsızlıq, ishal və oynaq ağrılarınız varsa, bu da bədəndəki D vitamini əksikliyindən xəbər verir. Mütəxəssislər eyni zamanda, həddindən artıq D vitamini qəbulunun zərərli olduğunu da qeyd ediblər. Bu zaman baş gicəllənmələri, ürək bulanma, qəbizlik, ürək ritmində zəifləmə və s. kimi əlamətlər baş verə bilər.