Hər il ənənəvi olaraq AAAF tərəfindən Bakı şəhəri və digər bölgələrimizdə Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı olaraq idmanın müxtəlif növləri üzrə silsilə tədbirlər həyata keçirilir. Bu il də Astara Dənizkənarı Park Bulvar  Kompleksində yaradılmış idman meydançalarında çimərlik voleybolu, çimərlik futbolu, çimərlik basketbolu və cartinq üzrə birinciliklər keçirilmiş və yarışlar davam edir..

 Mayın 25-dən çimərlik voleybolu üzrə qızlar və oğlanlar arasında birinciliyə start verilmişdir. Yarışları çimərlik voleybolu üzrə beynəlxalq dərəcəli hakim Fuad Hacıyev, yarışların baş katibi Respublika dərəcəli hakim Lamiyə Nəbiyeva və digər hakimlər idarə etmişdir.

Yarışda qızlar üzrə “Zirvə 1”, “Zirvə 2”, “Azərreyl 1”, “Azərreyl 2”, “Sabunçu”, “Xətai 1”, “Xətai 2”, “Ziya akademiyası 1”, “Ziya akademiyası 2” olmaqla 9 komanda, oğlanlar üzrə isə “Neftçi 1”, “Neftçi 2”, “Neftçi 3”, “Masallı 1”, “Masallı 2”, “Akvatik 1”, “Akvatik 2”, “Zirvə 1”, “Zirvə 2”, “Ziko akademiya” olmaqla 10 komanda iştirak etmişlər.

Sonda qızlar üzrə I, II və III yerlərə müvafiq  olaraq “Zirvə 1”, “Zirvə 2” və “Azərreyl 2”, oğlanlarda isə I, II və III yerlərə müvafiq olaraq “Neftçi 1”, “Masallı 2” və “Neftçi 2” komandaları layiq görülmüşlər.

Təltif olunma mərasimində Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, AAAF-ın idarə heyyətinin sədri Rəşad Əliyev, Zivə Beynəlxalq İdman Klubunun məsul işçisi Rasim Orucov, Voleybol üzrə SSRİ idman ustası Elşən İsmayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul işçisi Əliniyaz Mirzəyev iştirak etmişlər.         

Qaliblər Zirvə Beynəlxalq İdman Klubunun diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

Elnur Qurbanlı

Astarainfo.az