28 May – Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.

Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb. (AZƏRTAC)