Mayın 28-də İstanbulda 35.4 dərəcə isti qeydə alınıb. May ayı üçün qeyri-adi olan bu hava şəraiti şəhərin 69 illik istilik rekordunu yeniləyib.

Türkiyənin Meteoroloji Baş İdarəsinin verdiyi məlumata görə, son 70 il ərzində şəhərdə may ayı üzrə ən isti hava 1950-ci il mayın 27-də 34,5 dərəcə olaraq qeydə alınıb.

İsti hava şəraitinin daha çox təsir göstərdiyi şəhərin Asiya qitəsinə aid hissəsində vətəndaşlar dəniz kənarına axın ediblər. Hidrometeoroloqların proqnozlarına görə, mayın son günləri şəhərdə istilik 28-30 dərəcə arasında dəyişəcək.(AZƏRTAC)