Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli sosial-iqtisadi inkişaf, geniş abadlıq və quruculuq işləri diqqəti cəlb edir. Ölkə ərazisindəki kəndlərdə, qəsəbələrdə və şəhərlərdə aparılan quruculuq-abadlıq işlərinin güclənməsi dövlətin iqtisadi qüdrətini  göstərir.

Respublikamızın ayrılmaz hissəsi olan rayonumuzda, o cümlədən şəhərimizdə  son zamanlarda aparılan geniş tikinti və abadlıq işləri hər birimizdə sonsuz fərəh və qürur hissi yaradır.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğısı ilə illərdən bəri bərbad vəziyyətdə olan Xəzər dənizinin  sahilində müasir tələblərə cavab verən yaraşıqlı park-bulvar  istifadəyə verilmişdir.  Çox fərəhlidir ki, həmin parkın açılışında  çox hörmətli Prezidentimiz İlham Əliyev iştirak etmişdir. Bir qrup rayon ağsaqqalı və ictimaiyyət nümayəndələri ilə park-bulvarın genişləndirilməsi barədə möhtərəm  Prezidentimizə müraciət etdik.  Müraciətimizə həssaslıqla yanaşıldı və qısa müddətdə dənizkənarı park-bulvarın ikinci hissəsi istifadəyə verildi. Möhtərəm prezidentimiz  İlham Əliyev park-bulvarın ikinci hissəsinin, əhaliyə böyük sevinc bəxş edən içməli su kəmərinin  açılışında iştirak etməklə rayon ictimaiyyətinə olan diqqət və qayğısını nümayiş etdirdi.                

Xəzər dənizi sahilindəki park-bulvarın qərb hissəsindən keçən küçə rayon  rəhbərliyinin  təşəbbüsü ilə əsaslı şəkildə yenidən quruldu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfə oldu.  Həmin küçəyə 28 May adlanması ürəyimizdən oldu.                                                      

Astara şəhəri ərazi icra nümayəndəliyinin ötən ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında təklif etdim ki, şəhərin təmirə ehtiyacı olan bəzi küçələrində təmir işləri aparılsın, asfaltlaşdırılsın və səkilər təmir edilsin. İzafi suların  axıb getməsi üçün tədbir görülsün. Bu təklifin icrası ilə əlaqədar şəhər ərazisində geniş miqyasda əməli tədbirlər həyata keçirilir. Müraciətimizə həssaslıqla yanaşdığına görə şəhərimizin ağsaqqalları və ictimaiyyəti  adından rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevə dərin təşəkkür və minnətdarlığımızı bildiririk. 

Heybət Hüseynov, şəhəri sakini, Əməkdar müəllim, Əmək veteranı

Astarainfo.az