Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefon mağazasından 6700 manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Astara şəhər sakini E.Əhmədov DİN-in “102 xidməti-zəng mərkəzi”nə müraciət edərək gecə saatlarında ona məxsus mağazadan dəyəri 4700 manat olan 15 ədəd mobil telefon, 1700 manat dəyərində danışıq kartları və 300 manat pulun oğurlandığını bildirib.

Astara RPŞ əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə oğurluğu törətmiş şəxslər – Cəlilabad rayon sakini Vüqar Həsənov, Lənkəran rayon sakini İmran Eynəliyev və daha 2 nəfər yeniyetmə müəyyən edilərək saxlanılıb. Oğurlanmış mobil telefonlar, danışıq kartkarı və pul saxlanılan şəxslərdən aşkar edilərək götürülüb.

Hazırda onların digər analoji faktlarda iştirakının olub-olmadığı araşdırılır.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində başlanılmış cinayətə işinin istintaqı davam etdirilir.(APA)