Azərbaycanda bu gün Ramazan bayramıdır. Bayram iki gün – iyunun 5-i və 6-da qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-də saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzə Pir məscidində bayram namazı qılınacaq.

Qeyd edək ki, Ramazan ayı mayın 6-da başlamışdı.(Yeniavaz.com)