15 iyun – Milli Qurtuluş Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Astarainfo.az xəbər verir ki, bu barədə APA-ya “ASAN Xidmət”dən məlumat verilib.

Bildirilib ki, 16 iyun tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.