Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Astara rayon şöbəsinin şəxsi heyəti, şəhər icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müharibə veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SHXÇDX Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov Vətəni qorumaq kimi müqəddəs bir vəzifəni icra edəcək gəncləri təbrik edib, hərbi xidmətə yola düşən gənclərin şərəflə xidmət edəcəklərinə əmin olduğunu bildirib və onlara qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb. Həqiqi hərbi xidməti hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib.

Tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mərasim Hacızadəyə gənclərin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollandıqlarını qeyd edərək hər bir vətəndaşın ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qorumağa daim hazır olduğunu vurğulayıb. çağırışçılara cəsur, əzmkar olmalarını, komandirlərin əmrlərini yerinə yetirmələrini tövsiyə edib, hərbi xidməti şərəflə bitirmələrini arzulayıb.

Aprel qazisi Orxan Əliyev  bildirib ki, hərb quruculuğu sahəsində görülən işlər, ordumuzun ən müasir silah – sursat və hərbi texnika ilə təchiz edilməsi, hərbçilərimizin mənəvi-psixoloji və döyüş hazırlığı Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərir.

Tədbirdə iştirak edən valideyn Nisəxanım Amanova övladını hərbi xidmətə yola salmaqlarından qürur duyduqlarını bildirib, çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, verilən əmr və tapşırıqların vaxtında yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıraq onlara uğurlar arzulayıb.

Bədii hissə ilə davam etdirilən tədbirdə çağırışçılar üçrəngli Dövlət Bayrağını öpərək təntənə ilə hərbi hissələrə yola salınıblar.

Astarainfo.az