Bu ilin may ayında rayonumuzda yaşıl çay yarpağının yığımına başlanılıb. Ötən müddət ərzində rayon üzrə 197 ton 263 kq məhsul toplanılıb. Ən çox məhsul qəbul edən fabrik 2 saylı Astara çay fabrikidir ki, birinci yığımda bu fabrikə 114 ton 737 kq yaşıl çay yarpağı təhvil verilib. 1 saylı çay fabrikinə 35 ton 625 kq, “Astaraçay” MMC-yə 25 ton 449 kq yaşıl çay yarpağı göndərilib. Rayonumuzda fəaliyyət göstərən “Qoşqar” kəndli fermer təsərrüfatı tərəfindən 21 ton 452 kq məhsul tədarük edilib. Hazırda çay yığımının ikinci mərhələsinə hazırlıq işləri görülür.

Astarainfo.az