Rayonumuzun taxıl sahələrində bol məhsul yetişdirilib.  Bu il rayon üzrə 139.5 hektar buğda, 44.5 hektarda arpa əkinləri keçirilib. Hazırda rayon ərazisində taxıl biçini sürətlə aparılır. İndiyədək 114.7 hektar sahədə buğda biçini başa çatdırılıb. 243 ton buğda tədarük edilib. Bu da orta hesabla hər hektardan 21.2 sentner məhsul götürülməsi deməkdir. Arpa sahələrində də biçin mütəşəkkilliklə aparılır. 43.15 hektar arpa sahəsindən 81.88 ton məhsul biçilmişdir ki, bu da hər hektardan 19 sentnerə bərabərdir.

Hazırda taxıl sahələrində üç kombayn biçin aparır. Bu kombaynlardan ikisi Aqrolizinq ASC tərəfindən rayonumuza göndərilmişdir. Digər kombayn isə rayonumuza məxsusdur.

Biçin Kakalos, Pensər, Təngərüd kəndlərində, Kijəbə qəsəbəsində başa çatdırılıb. Hazırda Şahağac, Şiyəkəran, Şüvi kəndlərində və Astara şəhərində taxıl biçini davam etdirilir. Dağ kəndlərində taxıl yığımı bir neçə gündən sonra başlanacaqdır.

Astarainfo.az