Minnətdarlıqların bildirirlər

 Respublikamızın dilbər guşələrindən biri kimi dillər əzbəri olan doğma Astaramız son aylarda öz simasını daha da gözəlləşdirmiş, xarici qonaqların və turistlərin sevimli gəzinti məntəqələrindən birinə çevrilmişdir. Rayon rəhbərliyinin abadlıq və quruculuq işləri sayəsində həyata keçirdiyi tədbirlər öz bəhrələrini verir. Vətəndaşlarla keçirilən səyyar qəbul və görüşlərdə şəhərimizin abadlığı ilə əlaqədar verdiyimiz təkliflər həssaslıqla qarşılanır və operativ şəkildə yerinə yetirilir.

Dediyimiz faktları son aylarda rayon mərkəzində aparılan yol abadlıq işləri bir daha sübut edir. Qısa müddət ərzində şəhərimizin İstiqlaliyyət, Qum, Əhəd Muxtar, Rafiq Məmmədov, Mehdi Hüseyn, Kaverin, Arif Heydərov və Mirzə Rəhimov küçələrində əsaslı şəkildə yol abadlıq işləri aparılmış, asfalt örtüyünün çəkilişi yüksək səviyyədə başa çatdırılmışdır. Əvvəllər su xətti çəkilişi ilə əlaqədar qazıntı işləri aparıldığından həmin küçələrdə nəqliyyatın gediş-gəlişində çətinliklər yaranmışdır. Rayon rəhbərliyinin qayğısı nəticəsində həmin ərazilərdə genişmiqyaslı abadlıq və asfaltlaşma işləri aparıldığından nəqliyyatın rahat gediş-gəlişi təmin olunmuşdur.

Şəhərimizin Qum, S.Vurğun, M.Cəbiyev, Ə.Muxtar, M.Cavadzadə və Nizami küçələrində hasarlar təmir edilmiş və rənglənmişdir. Heydər Əliyev prospektində İstiqlaliyyət, Qum, Ə.Muxtar, S.Vurğun, Nizami, M.Cəbiyev, H.Aslanov, R.Məmmədov küçələrində işıqlandırma sistemi tam bərpa edilmişdir.                                                                                                            

Bu gün tam cəsarətlə deyə bilərik ki, doğma Astaramız ölkəmizin ən yaraşıqlı və dilbər guşəsi kimi bundan sonra da öz gözəlliyini daha da artıracaqdır. Gündən-günə gözəlləşən Astaramız bizim hər birimizdə sonsuz iftixar və qurur hissi yaradır. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün astaralılar adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Biz yaxşı dərk edirik ki, rayonumuzun hər yerində olduğu kimi, şəhər ərazisində aparılan geniş abadlıq və quruculuq işləri rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayevin gündəlik diqqət və qayğısının ürək açan bəhrəsidir.

Elşən Həbibov

Fuad Musayev

Aidə Allahverdiyeva

Nabat Mövsumova

Nəzakət Şahyarova

Astara şəhər sakinləri

Astarainfo.az