Astara rayonunun Kolatan kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Rayonun Kolatan kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Quliyev həyat yoldaşı, 1983-cü il təvəllüdlü Elza Quliyevanı bıçaqlayıb.

Döş qəfəsindən beş bıçaq zərbəsi alan Elza Quliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada əməliyyat edilən E.Quliyeva reanimasiya şöbəsində yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalar aparılır.(AZƏRTAC-Bağır Əliyev)