Türkiyə ordusu terrorçulara qarşı növbəti əməliyyat keçirib.

“Report” Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, əməliyyat cənub-şərq Şırnak vilayətinin Cudi və şərq Vanvilayətinin Tendürək dağlarında keçirilib.

Terrorçularla ordu arasında baş verən insident nəticəsində altı silahlızərərsizləşdirilib.

Əməliyyat hərbi hava qüvvələrinin dəstəyi ilə davam etdirilir.