Astara rayonunda bu ilin altı ayında quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 2,4 faiz artaraq 1944,0 ton, süd istehsalı 0,7 faiz artaraq 13674,6 ton, yumurta istehsalı 0,1 faiz artaraq 4515,0 min ədəd təşkil edib.

Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, 2019-cu il iyulun 1-i vəziyyətinə rayon üzrə 40320 baş iribuynuzlu mal-qara, o cümlədən 19777 baş inək və camış, 21165 baş qoyun və keçi qeydə alınıb.

İribuynuzlu mal-qaranın 49 faizini inək və camışlar təşkil edir.(AZƏRTAC-Bağır Əliyev)