C vitamini ilə zəngin olan qida dedikdə ağıla ilk gələnlərdən biri də limondur. Bir çox insan isə limonun şirəsini içir, özünü yeyir qabıqlarını isə zibilə atır. Limon qabığının faydalarını bildikdən sonra isə çətin bu meyvənin qabıqlarını atasınız. Necə deyərlər “meyvənin bütün vitamini qabığındadır”.

Limon qabığının faydalarını təqdim edir:
Limon qabığının tərkibində olan vitaminlər, minerallar və efir yağları bir çox xəstəliklərin dərmanıdır. Əgər bədəninizdə kalsium azlığı varsa, təzyiq dərmanı qəbul edirsinizsə və ya təzyiqiniz aşağıdırsa bu zaman istifadə edərkən diqqətli olmalısınız. Hətta həkim məsləhəti ilə istehlak etməyiniz məsləhət görülür.
Limon qabığı, C vitamini çatışmazlığından qaynaqlanaraq yaranan diş əti xəstəliklərinə də müsbət təsir göstərir və eyni zamanda yaranmasının qarşısını alır.

Qaraciyərə faydalıdır: Qaraciyər və öd kisəsinə faydalıdır, mədə turşuluğunu aradan qaldırır, qaraciyərdə yağlanmanı azaldır.
Limon qabığı eyni zamanda sinir sistemini sakitləşdirir, xərçən riskini azaldır, bakteriyaları öldürür, ürəyi rahatladır. Avstraliyada aparılan araşdırma nəticəsində ağız, boğaz və mədə xərçəngini riskini 40-50 faiz azaltdığı məlum olmuşdur.   

Limon qabığının istifadə qaydası:
1. Limon qabığını rəndələyərək yeməklərin tərkibinə qata bilərsiniz.
2. Qabıqları çayınıza ata bilərsiniz.
3. Rəndələnən qabıqları şirniyyatlara da əlavə etmək olar.

Haşiyə: Turşuluğu çox olduğuna görə həm limon həm də lion qabığı çox istehlak edildiyində mədə ağrılarına səbəb ola bilər.(Yeniavaz.сom)