İstanbulda tullantı anbarında yanğın baş verib.

Yerli vaxtla saat 17.30-da Küçükçekmece rayonunda tullantıların saxlanılması mərkəzində yanğın qeydə alınıb.

Küçükçekmece, Bahçelievler və Bakırköy vilayətlərinin yanğınsöndürən briqadaları hadisə yerinə göndərilib.

Yanğın zamanı ölən və yaralananlar barədə məlumat verilməyib. Hadisə ilə əlaqədar polis iş aparır.(Trend)