Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramda gücləndirilmiş iş rejimində işləyəcək. 

Qurumdan daxil olan məlumata görə, bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı iri tutumlu neoplanlar da cəlb olunub:

“Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə bilet almaq üçün yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən gəlib biletləri əldə etsinlər”.(Qafqazinfo.az)