Avqustun 17-18-də İmişli şəhərində keçirilən, şəhidlərin xatirəsinə həsr olunmuş kikboksinq üzrə açıq rayon birinciliyində astaralı idmançılar uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açıq rayon birinciliyində astaralı idmançılar – Hüseyn Həsənzadə 35 və Şahlar Rzayev 65 kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

İdmançıları yarışa məşqçi-müəllimlər – VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

Astara Rayon Gənclər və İdman İdarəsində İmişlidə uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən İdarənin rəisi Ərçə Əliyev rayon idmançılarını və onların məşqçilərini qazandıqları uğur münasibətilə təbrik edib, onlara yeni-yeni idman nailiyyətləri arzulayıb.

Astarainfo.az