İnsan yaşı artasa da cavan görünmək istəyir. Orqanizmin, dərinin daha cavan görünməsi üçün də ilk növbədə düzgün və sağlam qidalanmaq lazımdır. Hər gün zərərlərini bilmədən istehlak etdiyimiz qidalar vaxtından əvvəl yaşlanmağımıza səbəb olur. Buna görə də sağlamlığmız üçün həmin qidalardan nə qədər tez imtina etsək bir o qədər yaxşıdır.
Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyəli dietoloq Melis Destereci vaxtından əvvəl yaşlandıran qidaların siyahısını təqdim edib:
Dietoloqun sözlərinə görə, bir qidanın qlisemik indeksi nə qədər yüksək olarsa, qandakı şəkərin miqdarı da bir o qədər yüksək olar: “Bu da yaşlanmanı sürətləndirən əsas faktorlardan biridir. Yediyimiz və içdiyimiz qidalar bizim əhvalımıza, gündəlik enerjimizə birbaşa təsir edir”.
Bəs vaxtından tez qocalmağa səbəb olan qidalar hansılardır? Araşdırmalar onu göstərir ki, tərkibində ağ un və şəkər olan bütün qidalar bu siyahıya daxildir.
Şəkər: Hüceyrə yaşlanmasının ilkin səbəbi şəkər istehlakıdır. Bu zaman bədənin tarazlığı pozulur, dəri altı və orqan yağlanması əmələ gəlir.
Doymuş yağlar: Doymuş yağlar kimyəvi tərkibində hidrogen atomu daşıyır. Bu da infarkt riskini daha da artırır. Bu qrupa əsasən heyvan mənşəli yağlar daxildir: marqarin, quyruq yağı və s. Bu yağlar bəndəki toksinlərin artmasına səbəb olur və beləliklə daha tez yaşlanmaya gətirib çıxardır.
Duz: Gün ərzində 5 qramdan artıq duz istehlak etmək dərinin vaxtından əvvəl yaşlanmasına səbəb olaraq, bədənin su balansını pozur.
Şəkərli və qazlı içkilər: Tərkibində yüksək miqdarda şəkər olduğu üçün qandakı şəkər balansını pozur və orqanlara zərər verir. Bədəndəki kalsiumun səviyyəsini azaldaraq sümük əriməsinə gətirib çıxardır.
Qlisemik indeksi aşağı olan qidalar:
Süd və süd məhsulları
Qatıq, meyvəli yoqurt
Yaşıl səbzələr və meyvələr