Rəngbərəng çiçəklər görüntüsü ilə evimizi və ofisimizi bəzəyir. Amma dekor üçün saxladığımız bu çiçəklərin sağlamlığımıza da böyük faydası vardır. Bununla bağlı araşdırmalar var.

Astarainfo.az Azadinform-a istinadən həmin araşdırmanı təqdim edir:

Xoşbəxtliyi artırır

Araşdırmalara görə evdə çiçək saxlayan, ona qulluq edən insanlar özlərini daha enerjili və xoşbəxt hiss edirlər.

Depressiyanı azaldır

Meşədə uzun bir gəzintinin necə rahatladıcı, depressiyanı azaldıcı təsiri olduğunu çoxlarımız bilirik. Amma bunu hər gün təkrar etməkdə çətinlik çəkirik. Buna alternativ olaraq çiçəklərin olduğu bir məkanda olmaq mental olaraq sizi rahatladır, stressi və depressiyanı azalda bilir.

Yaddaşı gücləndirir

Qoxuların yaddaşımıza olan təsiri böyükdür. Aparılan bir araşdırmaya görə, gün içərisində hər şeyi xatırlamağımız çiçəklər sayəsində daha asandır. 100 yaşlı insan üzərində aparılan araşdırmaya görə təzə çiçəklərin olduğu məkanda vaxt keçirənlərin, keçirməyənlərlə müqayisədə xatirələrini daha çox xatırladıqları məlum olub. Mütəxəssislərə görə çiçək qoxuları unutqanlığı azaldır.

Yaradıcılığı artırır

Aparılan bir araşdırmaya görə təzə çiçəklərlə dolu bir ofisdə işləyənlər çiçəksiz ofisdə işləyənlərə görə daha yaradıcı və yeni fikirlərlə dolu olur. Həmçinin bu insanlar özlərini daha rahat və hüzurlu hiss edir.