Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir. Bu yarpaq adətən ədviyyat kimi istifadə olunsa da bir çox müalicə əhəmiyyəti var. Tərkibində efir yağları, vitaminlər (B qrupu, A, C), sink, kalium, dəmir, selen, fosfor və s. var.
Yeniavaz.com xarici KİV-ə istinadən dəfnə yarpağının faydalarını təqdim edir:
– Həzm sistemini yaxşılaşdırır, qəbizlik və şişkinliyi aradan qaldırır.
– Ayaq burxulmaları zamanı yaranan və sümüklərdə olan ağrıları aradan qaldırır;
– Saç tökülməsinin qarşısını alır və saçda yaranan kəpəyi yox edir;
– Xolestronu aşağı salır və ürəyə güc verir;
– Qandakı şəkərin miqdarını aşağı salır. Gün ərzində 2 ədəd dəfnə yarpağı çeynəyən diabet xəstəsində qandakı şəkərin miqdarını aşağı düşür. Bundan əlavə dəfnə yarpağını dəmləyərək də istehlak etmək mümkündür;
– Antioksidantla zəngin olan dəfnə yarpağı artıq çəkini atmaqda da köməkçi olur.
Bütün bunlardan əlavə, dəfnə yarpağı böyrəkdəki daşları da təmizləyir. Bunun üçün 4 ədəd dəfnə yarpağını qaynar suyun içərisinə atırsınız və yenidən qaynadırsınız. Hazırladığınız qarışımı gün ərzində 1 dəfə içirsiniz.
Stomatit və digər ağız boşluğu iltihabları zamanı da dəfnə yarpağı çox yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağını çeynəmək lazımdır. Bunu etdiyiniz zaman 1 saat ərzində heç nə yemək və içmək olmaz.