Astara Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə humanitar aksiya keçirilib.

Aksiya zamanı Bakı şəhərindəki Neyrocərrahiyyə Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru Rəfael Bayramov Rayon Mərkəzi Xəstəxanasında 70-ə yaxın sakini müayinədən keçirib.

Müayinələr zamanı vəziyyəti ağır olan xəstələrə müalicələrini Bakı şəhərində davam etdirmək tövsiyə olunub.

Rəfael Bayramov, həmçinin rayonun Siyəkü kəndində yataq xəstəsi olan 1943-cü il təvəllüdlü, 12 uşaq anası Saray Əhmədovaya da baş çəkərək onu müayinə edib.

Rayon sakinləri humanitar aksiyanın təşkilatçılarına, ölkəmizdə əhalinin sağlamlığına qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.(AZƏRTAC-Bağır Əliyev)