Mütləq döyüş çempionatının (UFC) qalibi, rusiyalı yüngül çəkili idmançıHəbib Nurməhəmmədov təşkilatın reytinq siyahısında ikinci yerdəqərarlaşıb. 

Bu barədə UFC-nin mətbuat xidmətinə istinadən TASS bildirib.

Əbu-Dabidə yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov ilə təşkilatın müvəqqəti çempionu Dastin Porye arasında təkbətək döyüş rusiyalı idmançının vaxtından əvvəl qələbəsi ilə başa çatıb. Üçüncü raundda Rusiya idmançısı amerikalının müqavimətini qırıb və boğucu fəndlər tətbiq etməklə qələbə qazanıb.

Reytinq siyahısında birinci yeri amerikalı Con Cons tutmaqda davam edir. Siyahıda üçüncü yerdə amerikalı Henri Sexudo qərarlaşıb.

Nurməhəmmədov karyerasında 28 döyüş keçirib.(Report)