Avropa və Amerikada bizdəki kimi ən çox meyvə şirələri yox, pomidor, kök və çuğundur şirəsi içilir və marketlərdə həm təzə çəkilmiş, həm paketlənmiş pomidor suyu satılır. Xüsusən radiasion işdə çalışanlar, ofis işçiləri və tələbələr hər gün 1 stəkan pomidor suyu içməlidir.

Çünki məhz təzə pomidor şirəsinin tərkibində olan likopin ən güclü antioksidant olub, ciddi xəstəliklərin və xərçəngin qarşısını ala bilir. Hətta pasterizasiya edilib qablaşdırdıqda belə öz faydasını itirmir. 

Təzə pomidor şirəsini tez-tez içməyin hansı problemlərdə faydalı olmasını təqdim edirik:

1. Qanda damarları tıxayan pis xolesterini azaldır, ürək problemləri ilə mübarizə aparır. Yapon alimləri sübut edib ki, pomidorda olan təbii və çox miqdarda kalium ürəyi möhkəmləndirir, infarktın qarşısını alır

2. Bir stəkan tomat şirəsi beyində xoşbəxtlik hormonu olan serotonini hasilini artırır, beləliklə antidepressant kimi təsir göstərir
3.Vitamin C immuniteti möhkəmləndirir, mövsümi viruslardan, qrip və zökəmə qarşı qalxandır

4. Kaloriliyi azdır, dietik məhsuldur, arıqladır, piyləri əridir
5.Radiasiya təsirindən orqanizmdə toplanmış qalıqları təmizləyir, komputerdə çalışanlar mütləq içməlidir

6.Dərini sağlamlaşdırır, təmizləyir, təravətləndirir
7.Gözləri qüvvətləndirir, görməni artırır

8.Likopin xərçəng hüceyrələrini böyüməyə qoymur, insan DNT-sini təmir edir
9. Sonsuzluqda kişi və qadınlara kömək edir. Kişilərdə testosteronu sintez edir, spermanın tərkibini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur
10.Şəkər xəstələri üçün vacibdir, qanda şəkəri salır. Amma pomidor şirəsinə duz qatmaq olmaz, duzsuz için

Diqqət: şirə bir sıra mədə-bağırsaq xəstəliklərində qıcıqlandırıcı təsir edir. //medicina.az