????????????????????????????????????

Sentyabrın 19-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində rayonun Ojəkəran kəndində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədail Qasımov,  Kijəbə qəsəbə məscidi dini icmasının sədri və imamı Ələkbər İsayev, Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, Sığaloni kənd məscidinin İmamı Rəhman Muradov, Lovayın kənd məscidinin İmamı Nurəddin Mərufov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlar zamanı  dini radikalizm, narkomaniya, erkən nikahlar və onların fəsadları müzakirə edilərək gənclərin bu kimi zərərli vərdişlərdən qorunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bu baxımdan kənd ictimaiyyətinin və ağsaqqalların üzərinə mühüm vəzifələr  düşdüyü vurğulanıb.

Astarainfo.az