Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun verdiyi məlumata görə, payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

Alimin sözlərinə görə, həmin gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.(Trend)