Feyxoa Azərbaycanda bitən əvəzsiz nemətdir. Bizə əlçatan olduğu üçün özümüzü xoşbəxt hesab edə bilərik. 
Tərkibi unikal olan bu meyvə bütün bədən, orqanizm üçün faydalıdır. Çoxları elə bilir ki, o sadəcə təzyiq və zob xəstələri üçün vacibdir, yodla zəngindir.Medicina.az bu sirli meyvənin bilmədiyiniz, amma elmə, tibbə məlum faydalarını təqdim edir.

Hansı xəstələr feyxoanı bol yeməlidir?
1.Qəbizliyə qarşı, həzm, mədə-bağırsaq problemləri
Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsini hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır. 
Bir fincan feyxoada 16 qr lif vardır, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

2.Ürək damar xəstəlikləri, xolesterin, yüksək təzyiqdə
Feyxoa kaliylə zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır.  Eləcə də feyxoada olan C, B6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir. 

3.İnfeksiyalarla mübarizə aparır
Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immunitetə infeksiyalarla mübarizədə dəstək verəsiz. C vitamini antioksidantdır, bu da antivirus və kanserogen təsiri ilə məşhurdur.

4.Sinir sistemini möhkəmlədir
Feyxoada olan folat və fol turşusu Alsgeymer kimi əqli xəstəliyin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, koqnitiv və neyron aktivliyi artırır

5.Hamilələr üçün çox vacibdir
Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beyni üçün vacibdir. Hamilələrdə zob, anemiya problemlərini də həll edir, hemoqlobini qaldırır. 

6.Əməliyyatdan sonra, travma və yaraları tez sağaldır
Feyxoa qəribə tərkibi ilə toxumaların, bağların bərpasını sürətləndirir. Ona görə qəzalar, travmalar, zədələr,yaralar, əməliyyatdan sonra bərpa üçün doğmalarınıza bol feyxoa verin.

7.Xərçəngdən qoruyur
Orqan, toxumaların hüceyrələrini saf oksigenlə təmin edən bu meyvə sərbəst radikalları zərərsizləşdirir, stresin izlərini silir, xərşəng hüceyrələrinin baş qaldırmasına imkan vermir, sizi onkologiyanın bəlasından qoruyacaq.

8.Dəri üçün cavanlıq, gözəllik mənbəyidir
Yaşıl meyvələri dəriyə maska olunduqda, nəmləndirir, dəri iltihanı, qaşıntı, səpkini aradan qaldırır, dərini cavanlaşdırır, bərkidir

9.Qalxanvari vəz xəstəlikləri, yod çatışmazlığı
Bəzən səhvən bütün zob xəstələri feyxoadan istifadə edir. Qalxanvari vəzin aktiv böyüməsində yod çox olmaz. Amma elə hormonal disbalans var ki, orda feyxoa lazımdır.

10.Prostatit və impotensiyaya qarşı
Kişilər üçün əvəzsizdir, çünki cinsi fəaliyyəti yaxşılaşdırır, prostat vəzi qoruyur və sonsuzluğa qarşı faydalıdır
QEYD: Allergiyası, şəkəri olanlar və piylənmədən əziyyət çəkənlər az yesin, diqqətli olsun (medicina.az)