Səudiyyə Ərəbistanı ilk dəfə olaraq turist vizaları verməyə başlayacaq.

Astarainfo.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Turizm naziri Əhməd Əl-Xatib bildirib.

Bunu tarix məqam adlandıran Əhməd Əl-Xatib deyib ki, sentyabrın 28-dən etibarən 49 ölkənin vətəndaşları onlayn viza üçün müraciət edə biləcəklər.

Onun sözlərinə görə, turist vizası alan qeyri-müsəlmanların Məkkə və Mədinə şəhərlərinə səfərinə icazə verilməyəcək.

Daha öncə nazir “Reuters”ə müsahibəsində bildirib ki, qadın turistlərə Səudiyyə Ərəbistanında qadınların ənənəvi geyimlərindən istifadə üçün tələb qoyulmayacaq.