Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat işi aparmaq məqsədilə 76 saylı Lənkəran-Astara və 77 saylı Astara Seçki Dairələri üzrə yığıncaqların və mitinqlərin keçirilməsi üçün açıq və qapalı yerlərin müəyyən edilməsi haqqında

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinin VI bəndinə əsasən, yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi yerlər ayrılmalıdır.

Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 11 may 2005-ci il tarixli Sərəncamın 8-ci maddəsinə istinad edərək qərara alıram:

  1. Vətəndaşların, siyasi partiyaların və ictimai birliklərin yığıncaqların və mitinqlərin müəyyən edilmiş qaydalara uyğun keçirilməsi və təşviqat işlərinin aparılması üçün aşağıda göstərilən yerlər ayrılsın.

2.   Sərəncam “Astara” qəzetində dərc edilsin.

3. Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etsin.

                                                                           Qəzənfər Ağayev

                                                           Astara  Rayon İcra Hakimiyyəti başçısı

                

Astara rayonu,14 noyabr,2019-cu il