16 dekabr 2019-cu il tarixdə 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Astara rayon şöbəsi Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kompaniyasını uğurla davam etdirir.Növbəti görüş Astara rayonunun Ərçivan qəsəbəsində keçirildi.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Astara rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühim siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir.Firudin Əhmədov qeyd edib ki, son 16 ildə ölkəmiz yüksək inkişaf yolu keçib, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Astara rayonunda da böyük işlər görülüb.Bu uğurlu siyasət dövlətçiliyimizin,xalqımızın inkişafına yönəlmişdir. Son illərdə insanların yaşayış səviyyəsində əhəmiyyətli nailiyyətlərin əldə edilməsi, Azərbaycanın sosial simasının dəyişməsi,Yeni Azərbaycan Partiyasının ictimai-siyasi nüfuzunu və gücünü daha da artırır.”Biz həmişə haqqa-ədalətə önəm verən, xalqını, Vətənini dərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan liderə arxalanmışıq.Belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi cənab İlham Əliyevdir”-deyən, Firudin Əhmədov YAP-ın namizədlərinin xalqımızdan yetkin dəstək alacaqlarına inandığını bildirərək, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

Sonra rayon ağsaqqalarından Gülağa Rzayev,Ələsgər Əliyev çıxış edərək Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycan Respublikasının hərtərəfli inkişaf etdiyini qeyd ediblər.

Natiqlər bildiriblər ki, Astaralı seçicilər bütün seçki prosesslərində çox böyük fəallıq göstərərək dövlətə və dövlətçiliyə sədaqətlərini nümayiş etdiriblər. Əminliklə bildiriblər ki, bu qəsəbənin seçiciləri də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Görüşdə çıxış edən Ərçivan qəsəbə sakinləri Xanlar Əliyev,Məmməd Hüseynov,Əhməd Həsənov bildiriblər ki, qəsəbə seçiciləri seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.