Bakı şəhərində Gənclər və İdman Nazirliyi və   Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Yeniyetmələr arasında təbiət elmləri üzrə “İstedadların hazırlığı Laboratoriyası” adlı  Beynəlxalq Olimpiyada keçirilmişdir. Olimpiyadada Azərbaycanla yanaşı  xarici ölkənin yeniyetmələri birincilik uğrunda  mübarizə aparmışlar. Beynəlxalq Olimpiadada Astara rayonunu Pensər kənd 2 saylı tam orta məktəbin şagirdləri  Salman Hüseynov  və Tərlan Hüseynov təmsil etmişdir.

       2013-cü ildən başlayaraq, hər il respublika səviyyəsində keçirilən Olimpiadaya 2017-ci ildə Beynəlxalq status verilib. Cari ildə ölkəmiz üçüncü dəfə bu layihəyə ev sahibliyi edib. Layihə 10 mindən çox gənci əhatə edir. Olimpiada yeniyetmələr arasında dəqiq və təbiət elmləri, eləcə də texniki sahələri təbliğ edir, onların bu istiqamətlərə maraqlarının artması ilə nəticələnir. On altı yaşadək gənclərin iştirak etdiyi layihə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, yeniyetmələr və gənclər arasında elmə marağın artırılması, elmə həvəsləndirilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib.  13,20,27 aprel 2019-cu il tarixlərdə keçirilən  “İstedadların hazırlığı Laboratoriyası” lahiyəsi çərçivəsində VII Respublika Olimpiyadasının onlayın turlarında Pensər kənd 2 saylı tam orta məktəbin şagirdləri  Salman Hüseynov  və Tərlan Hüseynov uğurlu nəticə qazanaraq Beynəlxalq Olimpiyadada Astara rayonunu təmsil etmək huququ qazanmışdırlar.

          14 dekabr 2019-cu il tarixdə keçirilən Beynəlxalq Olimpiyadanın  mükafatlandırma mərasimində  Pensər kənd 2 saylı tam orta məktəbin şagirdləri  Salman Hüseynov  və Tərlan Hüseynov  III yerə layiq görülərək burunc medalı qazanmış, Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyəsi ilə mükafatlandırılmışdır.

       Qeyd olunmalıdır ki,umumi komanda hesabında I yeri Rusiya,II yer Azərbaycan,III yeri Belarusiya komandaları layiq görülmüşlər.Fərəhləndirici haldır ki,rayonumuzun 2 nəfər istedadlı gənci ölkəmizi təmsil etmiş və yüksək nəticələrə nail olmuşlar.