14 dekabr 2019-cu il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Astaranın görkəmli şəxsiyyətlərindən olan Azərbaycanşünas alim, Bakı Dövlət Universitenin Şərqşünaslıq Fakultəsinin Professoru, Azərbaycanın “Əməkdar müəllimi”  Mirzə Rəhimovun anadan olmasının 90 illliyinə həsr olunmuş sərgi və tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Mirzə Rəhimovun qızı Filologiya üzrə fəlsəfə doktoru, dosent Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialının “Bioloji humanitar və ictimai elmlər” şöbəsinin müdiri Dürdanə Rəhimzadə açaraq qeyd etmişdir ki, Astaranın fəxri vətəndaşı, Əməkdar müəllim, professor Mirzə Şıxəli oğlu Rəhimov müxtəlif  illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi və direktor müavini, Bakı Dövlət Universitenin “İran filologiya”sı kafedrasının müdiri və  professoru olmuşdur. Azərbaycan dilçiliyi, türkologiya və filologiyasına aid çoxsaylı elmi əsərlərin müəllifidir. Mirzə Rəhimovun adı görkəmli alim və qayğıkeş müəllim kimi elm tariximizə böyük hərflərlə yazılmışdır.

Tədbirdə Astara rayon İcra Hakimiyyətinin başçısının müavini, içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara rayon İcra Hakimiyyətinin başçısının içtimai – siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini  Mərasim Hacızadə, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova,  Astara rayon Ağsaqqal şurasının üzvü, Əməkdar  müəllim Heybət Hüseynov,  Astara rayon ağsaq-qalı Kamil Kamilov, Mirzə Rəhimovun disertantı olmuş Azərbaycan  Milli Elmlər Akademiyasının “ Azərbaycan dili tarixi” şöbəsinin aparıcı mütəxəs-sisi böyük elmi işçisi filogiya üzrə fəlsəfə doktoru dosent Reyhan Mədətova, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri ,hüquq elmləri doktoru, professor, polkovnik, Qarabağ müharibəsi iştirakçısı İbrahim Quliyev, Türk ölkələrinin Uroloqlarının Çəmiyyətinin sədri, Azərbaycanın urologiya sahəsində  ən güclü mütəxəssisi ,  akademik,  tibb elmləri dktoru Sudeyif İmanvediyev, Azərbaycan Kooperasiya Universitetinin professoru, çoğrafiya elmləri doktoru  Ağazeynal Qurbanzadə, Komputer dilçiliyi şöbəsinin baş elmi işçisi, professor Məsud Mahmudov, Bakı Dövlət Univesitetinin “Türkologiya” kafedrasının dosenti Mirzə Rəhimovun disertantı olmuş İslam Vəliyev, Lənkəran Dövlət Universitetinin professoru Yədula Ağazadə, Bakı Dövlət Univesitetinin “Ərəb filologiyası”nın kafedrasının professoru Nəsirulla Məmmədov, Mirzə Rəhimovun qardaşı- həkim Şirməmməd Rəhimov, Mirzə Rəhimovun 55 illik ömür gün yoldaşı  Azərbaycan Dövlət İqtisad Universitetinin  “Riyaziyyat” kafedrasının dosenti Gülarə Rəhimova çıxış ediblər.

Sonra tədbir iştirakçıları “İctimai” televiziya vasitəsilə Flora Xəlilzadənin hazırladığı Azərbaycanşünas alim, Bakı Dövlət Universitenin “Şərqşünaslıq” fakultəsinin professoru, Azərbaycanın “Əməkdar müəllimi” Mirzə Rəhimovun həyatı və yaradıcılığı haqqında “Yadigarlar” verlişinə baxıblar.

Sonda tədbir iştirakçıları Mirzə Rəhimovun Astara rayonunda uşaqlıq və gənclik illərində yaşadığı evi ziyarət etmiş və Barelefin qabağına tər gül-çiçək dəstələri düzüblər.