ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Kosmik Hərbi Qüvvələrinin yaradıldığı barədə rəsmi açıqlama verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tramp ölkənin hərbi büdcəsinin imzalanma mərasimində çıxışı zamanı deyib.

“Bu gün rəsmi olaraq silahlı qüvvələrimizin Kosmik Qüvvələr adlanan yeni bir qolunu təqdim edirik”, deyə, Tramp bildirib

Onun sözlərinə görə, Kosmik Qüvvələrə Hərbi Hava Qüvvələrinin generalı Con Raymond rəhbərlik edəcək. (report.az)