Esse

Azərbaycanın füsunkar diyarı olan Astara günü-gündən inkişaf edir,öz simasını dəyişir.Bu yeniliklər həm rayon sakinlərinin ,həm də rayona təşrif gətirmiş qonaqların könülünü oxşayır.

Artıq 2019-cu ilin yol ayrıcındayıq.Yeni ilə sayılı günlər qalıb.Çox yox cəmi 7 gündən sonra 2020-ci il həyatımıza qədəm qoyacaq.Yaşadığımız il isə tarixiləşəcək.Miladın gəlişi hər birimiz üçün uğurlu, qədəmləri sayalı olsun.İnşallah,qoşa 20-lər  ölkəmiz, ,rayonumuz üçün daha xeyirli olacaq və ömrümüzə xoş müjdələr gətirəcək.

    2019-cu ildə dünyada ,ölkədə, fərdi həyatda çoxluca uğurlu dönəmlər yaşanılıb.Bu il də rayonumuzun sosial,iqtisadi ,mədəni həyatında baş vermiş fərəhləndirici hadisələr gözəl töhfələrlə tarixə yazılacaq.Astarada ,onun kəndlərində mədəniyyətin özəyi,insan həyatı üçün vacib olan yaraşıqlı yollar salındı,yeni müəssisələr fəaliyyətə başladı.Uzun çəkən intizardan sonra dağ kəndlərində evlərdə mavi qaz alovlandı.Hər yan işıq selinə qərq oldu.

   Bu il də biri-birindən maraqlı aksiyalar həyata keçirildi.”İnsan ömrünü uzadan” el məsəli təsdiqləndi.Təbiəti gözəlləşdirən,ruhu sağlamlaşdıran çoxluca eqzotik və meyvə ağacları əkildi.Uzun illər kommunal şəraiti olmayan,insan həyatı üçün utanc gətirən evlər söküldü,əvəzində gözəl ,yaraşıqlı binalar tikildi.Təzə mənzilə sahiblənən insanların sevinci,təbəssümlü baxışları onların ömrünə ömür caladı.Alqış və dualar asimana ucaldı.

  Elm öyrənmək arzusu ilə məktəbə yollanan, gələcəyimiz olan uşaqların-məktəblilərin istifadəsinə verilmiş təzə məktəb,yaraşıqlı sinif otaqları onların qəlbini iftixar hissi ilə doldurdu.Əlbəttə ki,bu iftixaredici duaları,sevincdən yaşarmış gözlərin işartısını ,alqışları yaradan millətini ,xalqını yaşadan ölkə rəhbəri -cənab prezident İlham Əliyevin hərtərəfli qayğısının təzahürüdür.

    Ona görə də Azərbaycanın şərqə açılan qapısı ,füsunkar mənzərəli,barlı -bəhrəli,meyvəli diyarda-Astarada yaşayan hər bir azərbaycanlı “hər kəsin prezidenti”olan cənab İlham Əliyevə sonsuz məhəbbətlə minnətdar olaraq deyir:”ömrünüz uzun olsun,əziz prezident !”.

   Yolun uğurlu,mənzillərin işıqlı,məramın həmişə xoş ,gözün aydın olsun,Astara

                                                                                                       Gülnar Əsədli