Astara rayonunda Şəhid Pəncəli Teymurov adına Boks  Məktəbində Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü və  Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir.

              Tədbirin açılış mərasimində Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Şəhid Pəncəli Teymurov adına Boks  Məktəbinin direktoru Eldar Əhədov,Siyəku kənd Folklor Evinin direktoru Mahil Kakayev çıxış edərək ölkədə idmana və idmançılara göstərilən qayğı , gənc nəslin sağlam böyüməsindən ötrü həyata keçirilən tədbirlər, müxtəlif idman növləri üzrə rayonumuzda təlim məşqlərin müntəzəm olaraq  keçirilməsi,idmançılarımızın respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə nailı olduqlarını qeyd etmiş, 2019-cu il ərzində qazanılan uğurlar və qarşıda gələn Dünya  Azərbaycanlılarının  Həmrəylik  günü, Yeni il münasibətilə idmançıları və məşqçiləri təbrik etmişlər..

              2019-cu il ərzində rayon və  respublika yarışlarında uğurlu nəticələrinə görə 35 nəfər yeniyetmə və gənc boksçu Şəhid Pəncəli Teymurov adına Boks  Məktəbinin diplomları  ilə təltif olunmuşlar.  Məktəbin drektoru Əhədov Eldar  gənclərin vətənpərvərlik tərvbiyəsi və fiziki hazırlığında xidmətlərinə görə  Astara RGİİ-nin diplomuna layiq görülmüşdür.

               Yekunda Siyəku kənd Folklor evinin hazırladığı bayram konserti nümayiş olunmuşdur.

                          Hazırladı:  İqrar Cəfərov, Astara RGİİ-nin rəis müavini