14 yanvar 2020-ci il tarixindən 17 yanvar 2020-ci il tarixinədək  20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin Şərəf və Qəhrəmanlıq səhifəsidir” mövzusunda tarix dərsləri və sərgi  keçirilmişdir.
         Tarix dərslərində Astara şəhər 1 saylı, Astara şəhər 7 saylı, Astara rayon Suparibağ kənd və  Astara rayon Artuba kənd tam orta məktəblərinin müəllimləri  və şagirdləri iştirak etmişlər.
Tarix dərslərində Astara şəhər, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilmiş və şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxumuşlar.
        Astara rayon Heydər Əliyev Mərkəzinin bələsçisi Cəmalə Məmmədova “Qanlı 20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir”mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, 20 Yanvar faciəsindən 30 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eynu zamanda bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
       Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndıliyinə gəldi. Ulu Öndər
Heydər Əliyev təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
       Həmçinin şagirdlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında daha ətraflı və dolğun məlimatlar çatdırılmışdır.
       Tarix dərsində 20 yanvar faciəsi ilə bağlı Astara şəhər 1 saylı  tam orta müəllimləri Əsmər Əliyeva, Elsurə Nəzirova, IX sinif şagirdləri Səbinə Qafarova, Rəsul Hüseynzadə, Leyla Abdullazadə , Astara şəhər 7 saylı  tam orta müəllimi Kamran Mirzəyev, IX sinif şagirdləri şerlər söyləmiş, Astara rayon Suparibağ kənd tam orta məktəbinin direktoru Nazənin Məmmədova, tarix müəllimi  Samir Şahmarov, VIII sinif şagirdləri Yusif İsmayılov, İlyas Babayev, Şəbnəm İsmayılova, Astara rayon Artuba kənd tam orta məktəbinin direktoru Aynur Muradova,  Astara rayon Artuba kənd tam orta məktəbinin tarix müəllimi Nadir Quliyev, VIII sinif şagirdləri Solmaz Ağayeva, Məhəmməd Paşayev, Alidə Hüseynova, Nahidə Tağıyeva çıxış etmişlər.