Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilmişdir. Turnirdə Azərbaycan yığma komandasının tərkibində astaralı idmançı Ağayev Musa Məhərrəm oğlu ( 51 kq ) qızıl medal qazanmışdır.

Yarışda Azərbaycan,Qazaxıstan,Özbəkistan, Rusiya və Gürcüstanı təmsil edən 230-dən artıq yeniyetmə pəhləvan mübarizə aparmışdır.

Astaralı idmançı 4 rəqibinə ardıcıl qalib gələrək yarışların final mərhələsinə yüksəlmişdir.Final mərhələsində Rusiya idmançısı Adam Arxiyev üzərində 3-0 hesabı ilə inamlı qələbə qazanarağ Azərbaycan bayrağını ən yüksək zirvəyə qaldırmışdır.Musa Ağayev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Mili Olimpiya Komitəsinin diplomu,medalı,xüsusi kuboku eləcədə yarışların “ən ədalətli idmançısı” olduğuna görə xüsusi diplomu ilə mükafatlandırılmışdır.Mükafatları idmançımıza Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev,MOK-nin İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu Namik Abdullayev təqdim etmişlər

Qeyd edək ki, idmançımız Musa Ağayev Astara Uşaq Gənclər İdman Şahmat Məktəbinin şagirdidir və onu yarışa Sərbəst güləş üzrə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” Məhərrəm Ağayev hazırlamışdır.

17 yanvar 2020-cu il tarixdə Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançı və onun məşqçisi ilə idarədə görüş keçirmiş, qazanılan qələbə münasibəti ilə onları təbrik etmiş, birgə xatirə şəkli çəkilmişdir.

2020- ci ildə rayonumuza ilk idman qələbəsini gətirən yeniyetmə idmançımızı təbrik edir və ona yeni zirvələri fəth etməyini arzulayırıq