Astara rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30 – cu ildönümünə həsr olunmuş ”Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır!” (Heydər Əliyev) mövzusunda sərgi və tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova açdı. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra “20 Yanvar faciəsi tariximizin Şərəf və Qəhrəmanlıq səhifəsidir” mövzusunda filim nümayiş olundu.

Tədbirdə Astara Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etdi. Bildirdi ki, 20 Yanvar faciəsindən 30 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eynu zamanda bu tarix Azərbaycan istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələdlərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O, müdhiş günlərdə

Heydər Əliyevin – qüdrətli Liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndıliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Tədbirdə Astara rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov və Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor əvəzi İlyas Məmmədov çıxış etdi.

Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin “Elektron kitabxana”sında saxlanılan kitablara və “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.