24 yanvar 2020-ci il tarixində Astara şəhərində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vətəndaşları qəbul qrafikinə uyğun olaraq Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara rayonundan olan vətəndaşları qəbul etmişdir.

Qəbulda olan vətəndaşlar işlə təminat,idman avadanlıqlarının və fəxri adın verilməsi barədə müraciətlər etmişlər.Müraciətlərin bir qismi yerindəcə həll edilmiş,bir qismi baxılması üçün icraya yönəldilmiş,nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir.

Vətəndaşların qəbulu başa çatdıqdan sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Gənclər Evində olaraq müəssisəsiəsinin fəaliyyətinə baxış keçirmiş,problem və çətinliklərlə maraqlanmış və burada yerləşən Bayraq Muzeyinin eksponatları ilə tanış olmuşdur.

Yekunda Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Astara Olimpiya İdman Kompleksində olmuş və idman müəssisəsinin fəaliyyəti ilə tanış olmuşdur.