5-6 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi çərçivəsində Astara və Lerik rayonunlarında intellektual yarışma keçirilib. Astara rayonununda 16-29 yaş qruplarında gənclərdən ibarət 9 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub. Lerik rayonunda isə 7 komanda olmaqla hər komandanın tərkibi 6 nəfərdən ibarət olub.

Hər iki rayonda yarışmanın açılışını giriş sözü ilə başlayan “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədləri haqqında komanda üzvlərini məlumatlandırıb və layihənin həyata keçirilməsində məqsədin intellektual oyunların gənclər arasında təbliğ etmək, fəal və intelektual gəncləri üzrə çıxartmaq, region və respubilka turnirlərində onların iştirakına dəstək olmaq olduğunu qeyd edib. Astara rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Rufan Şirinov, Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında məlumatlar verərək, intellektual oyunların önəmini vurğulayıblar və yarışmanın işinə uğurlar arzulayıblar. Daha sonra yarışın aparıcısı Ramal Ağazadə qaydaları iştirakçılara izah edərək yarışmanı başladıb.

Yarışmada ensklopedik biliklər, o cümlədən idman,incəsənət,mədəniyyət və digər sahələri əhatə edən suallar səsləndirilib. Yarışmanın Astara turunda I yerə “Azərlight” (Astara şəhər 1 saylı tam orta məktəb), II yerə “Gələcəyin ümidləri” (Könüllü gənclər) və III yerə isə “Dəniz” (Şahağac kənd 2 saylı tam orta məktəb) komandaları layiq görülüb.

Yarışmanın nəticələrinə əsasən ilk 3 yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomlar verilib.

Məlumat üçün qeyd edək ki, layihənin sonuncu oyunu 12 fevral 2020-ci il tarixində Masallı rayonunda keçiriləcək.

Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları bu cür intellektual oyunlara cəlb etməkdir.