Fevralın 19-20-də Daşkənddə Beynəlxalq Aviasiya Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ikigünlük tədbirdə Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Türkiyə, Böyük Britaniya, Kanada, İspaniya, Küveyt, Yaponiya, Bəhreyn, Cənubi Koreya, Qazaxıstan və Yaxın Şərq ölkələrinin aviasiya şirkətlərinin nümayəndələri iştirak edəcək.

Ölkəmiz bu tədbirdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə təmsil olunacaq.

Foruma, həmçinin “Boeing”, “Bombardier”, “Mitsubishi” kimi tanınmış şirkətlərin nümayəndələri də qatılacaqlar.