Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedaqoji Kollecin birgə təşkilatçılığı ilə Astara Pedaqoji Kollecində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Qan Yaddaşı” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev iştirakçıları və qonaqları sallamlamışdır. Şəhidlərimiz bir dəqiqə sükütla yad edilmişdir. O çıxışında bildirmişdir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində erməni separatçıları Dağlıq Qarabağ bölgəsini Azərbaycandan ayıraraq Ermənistana birləşdirməyə nail olmaq üçün min hiyləyə əl atmışlar. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir. XX əsrin sonunda ermənilər Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib.

Sonra mövzu haqqında çıxış etmək üçün söz Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimova verilmişdir. A. İbrahimov çıxışında qeyd etmişdir ki, bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdir. 487 nəfər şikəst olmuşdu ki, onlardan 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyası hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış və 2002-ci il fevralın 25-də ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız soyqırımına əsl qiymət vermiş,. Bu baxımdan Hedər Əliyev Fondu, xüsusilə onun prezidenti , YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiq olduğunu qeyd edib. Belə ki, fond bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalıya soyqırım haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcılı olaraq fəaliyyətini vurğulayıb.

Sonda Xocalı soyqırımına aid şeirlər söylənmiş, video rolik təqdim olunmuşdur.

Hazırladı: Rufan Şirinov, RGİİ-nin aparıcı məsləhətçisi.