Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Komitəsinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb.Federasiyadan Trend-ə verilən məlumata görə, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 31-də Lvov şəhərində keçiriləcək Ukrayna – Şimali İrlandiya oyununun hakim-inspektoru Fritz Stuchlik olacaq.