Özbəkistanda koronavirusa yoluxanların sayı 49 nəfərə çatıb.

Özbəkistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, son sutka ərzində daha üç nəfər bu virusa yoluxub.

Bildirilib ki, yoluxanların hamısı Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alır.

Xatırladaq ki, Özbəkistanda 12,7 min nəfər karantinə alınıb. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində saxlanılır.