Qırğızıstanda koronavirusa yoluxanların sayı 42-yə çatıb.

AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə nazirinin müavini Tolu İsakov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, virusa tutulanların sayı sürətlə artıb. Onlar Bişkek şəhərinin, Oş və Cəlalabad vilayətlərinin səhiyyə müəssisələrinə yerləşdiriliblər. Qeyd olunub ki, ölkədə koronavirusa yoluxan ilk 3 nəfər Səudiyyə Ərəbistanından gəlib.

Virusun ölkədə yayılması ilə əlaqədar Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Muxammedkalıy Abılqaziyev, parlamentin sədri Dastanbek Jumabekov və Ali Məhkəmənin sədri Qulbar Kaliyeva ilə görüşüb və müvafiq göstərişlərini verib.