2 aprel 2020-ci il saat 20:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 106 milyon 454 min 702 manat daxil olub. 
Yeniavaz.com xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 80 milyon 180 min 387 manatı hüquqi şəxslər, 6 milyon 274 min 307 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Məlumat üçün qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslər arasında şəhər və rayon İcra Hakimiyyətləri və onların başçıları da var. 2 aprel 2020-ci il saat 20:00-a olan son məlumata görə şəhər və rayon İcra Hakimiyyətlərindən yalnız 20-si, şəhər və rayon İcra hakimiyyətləri başçılarından isə yalnız 8-i Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslərin siyahısında yer alıb. Ən çox vəsaiti Bakı şəhər İcra Hakimiyyəti köçürüb – 500 000 manat. Ən az vəsaiti isə Qubadlı rayon İcra Hakimiyyəti köçürüb – cəmi 1 600 manat.
İcra hakimiyyətləri başçıları arasında isə ən çox vəsaiti Qax, Tərtər və Zaqatala rayonlarının başçıları köçürüblər. Bu rayonların başçıları Musa Şəkiliyev, Müstəqim Məmmədov və Mübariz Əhmədzadənin hər biri Fonda 2 000 manat ianə ediblər. Ən az məbləği isə Gəncə şəhər İcra hakimiyyıtinin başçısı Niyazi Bayramov köçürüb – 1 000 manat.
Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən və köçürməyən şəhər və rayon İcra Hakimiyyətləri və onların başçılarının tam siyahısını təqdim edirik:

Şəhər və rayon İcra HakimiyyətləriKöçürülən məbləğ
(manat)
İcra
başçıları
Köçürülən
məbləğ
(manat)
Bakı 500 000Eldar Əzizov –
Gəncə Niyazi Bayramov 1 000
Sumqayıt  38 113Zakir Fərəcov –
Lənkəran 10 000Taleh Qaraşov –
Şəki Elxan Usubov –
Yevlax  30 000Anar Tağıyev –
Mingəçevir 23 141İlham İsmayılov –
Şirvan 25 434İlqar Abbasov –
NaftalanVüqar Novruzov –
Abşeron –İradə Gülməmmədova –
Ağcabədi 5 088Rafil Hüseynov –
Ağdam –Vaqif Həsənov –
Ağdaş –Tofiq İbrahimov –
Ağstafa – –
Ağsu 5 669Vahid Tağıyev 
AstaraQəzənfər Ağayev 1 500
Balakənİslam Rzayev –
Beyləqan 3 029Asif Ağayev –
Bərdə 3 855Vidadi İsayev –
BiləsuvarMahir Quliyev –
CəbrayılKamal Həsənov –
CəlilabadNamiq Zeynalov 1 550
DaşkəsənƏhəd Abıyev –
Füzuli 37 619Alı Alıyev –
Gədəbəy 20 251İbrahim Mustafayev –
GoranboyMəhərrəm Quliyev –
GöyçayMehdi Səlimzadə –
GöygölArif Seyidov –
HacıqabulRüstəm Xəlilov –
Xaçmaz 5 000Elnur Rzayev –
XızıXəzər Aslanov –
XocalıŞahmar Usubov –
XocavəndEyvaz Hüseynov 1 500
İmişliVilyam Hacıyev –
İsmayıllıNahid Bağırov –
KəlbəcərAqil Məmmədov 
Kürdəmir 5 860Ceyhun Cəfərov 
QaxMusa Şəkiliyev 2 000
QazaxRəcəb Babaşov –
Qəbələ 3 988Səbuhi Abdullayev –
QobustanAdil Məmmədov –
Quba 2 381Ziyəddin Əliyev –
Qubadlı 1 600Malik İsaqov –
Qusar 4 866Şair Alxasov –
LaçınAqil Nəzərli –
LerikRövşən Bağırov –
MasallıŞahin Məmmədov –
NeftçalaMirhəsən Seyidov –
OğuzEyvaz Qurbanov –
SaatlıSiraqəddin Cabbarov –
SabirabadNazim İsmayılov –
Salyan5 000Sevindik Həsənov –
SamuxAlı Ocayev –
SiyəzənNovruz Novruzov –
ŞabranAsif Hüseynov –
ŞamaxıTahir Məmmədov –
ŞəmkirAlimpaşa Məmmədov 1 865
ŞuşaBayram Səfərov –
TərtərMüstəqim Məmmədov 2 000
Tovuz 5 235Məmməd Məmmədov –
UcarMənsur Məmmədov –
YardımlıAyaz Əsgərov –
ZaqatalaMübariz Əhmədzadə 2 000
ZəngilanRamiz Həsənov –
ZərdabMərdan Camalov 1 500

Onu da bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.  

Astarainfo.az